Rusiya ordusu Kiyev–Nikolayev marşrutu üzrə hərəkət edən sərnişin qatarına zərbə endirib.
Gundelik.az xəbər verir ki, bu barədə “Ukrzaliznıtsya”nın İdarə Heyətinin rəhbəri Aleksandr Pertsovski məlumat verib.
“Ukrzaliznıtsya”nın monitorinq qrupu lokomotiv və qatar briqadalarının, eləcə də sərnişinlərin təxliyəsi barədə vaxtında göstəriş verib. Beləliklə, hər şey qaydasındadır”, – Pertsovski bildirib.
Onun sözlərinə görə, sərnişinlərin təyinat məntəqəsinə çatdırılması üçün hazırda Nikolayevə avtobusla transfer təşkil olunur.

