İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Coca-Cola” Afrikadakı qablaşdırma əməliyyatlarını 2,6 milyard dollara alacaq

W_Bayou_BTR_LA;

“Coca-Cola HBC AG” “The Coca-Cola Company” və “Gutsche Family Investments” (GFI) şirkətlərindən “Coca-Cola Beverages Africa Pty’ (CCBA) şirkətinin 75 faizini 2,6 milyard dollara alacaq.

Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.

Şirkətin yaydığı press-relizdə bildirilib ki, CCBA-nın ümumi dəyəri 3,4 milyard dollar məbləğində qiymətləndirilir. Müqavilə çərçivəsində Coca-Cola şirkəti CCBA-dakı 41,52 faiz, GFI isə 33,48 faiz payını satacaq.

CCBA Coca-Cola-nın Afrikadakı ən böyük qablaşdırma tərəfdaşıdır. Şirkət qitənin 14 ölkəsində fəaliyyət göstərir və Coca-Cola-nın Afrika bazarındakı içki satışlarının təxminən 40 faizini təşkil edir.

Dünyanın ən iri Coca-Cola istehsalçılarından biri olan Coca-Cola HBC hazırda 29 ölkədə, əsasən Avropada, eləcə də Nigeriya və Misirdə fəaliyyət göstərir. Məlumata görə, şirkətin CCBA-da əksər səhmləri əldə etməsi nəticəsində Coca-Cola-nın Avropa və Asiyada lider mövqelərə malik ikinci ən böyük qablaşdırma tərəfdaşı formalaşacaq.

Sövdələşmə yeni körpü krediti hesabına maliyyələşdiriləcək və GFI-yə Coca-Cola HBC-nin nizamnamə kapitalının 5,47 faizinə bərabər səhmlər veriləcək. Şirkət, həmçinin, Yohannesburq Birjasında ikinci dərəcəli listinq həyata keçirməyi planlaşdırır. Hazırda Coca-Cola HBC-nin səhmləri London Birjasında satılır və bu il onların dəyəri 29,5 faiz artıb.

Tərəflər müqaviləni 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırlar. Razılaşmadan sonra Coca-Cola HBC altı il ərzində CCBA-nın qalan 25 faizini də Coca-Cola-dan almaq hüququna malik olacaq.

Gundelik.az