İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Çin lazer silahlı döyüş təyyarəsini təqdim edib

Çin lazer silahlı döyüş təyyarəsini təqdim edib. 

Gundelik.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, J-36 təyyarəsi gövdədə gizlədilmiş və lazer şüası ilə düşmən raketlərini vurmağa qadir olan toplarla təchiz olunub.

Lakin rəsmi şəkildə Çin tərəfindən bu texnologiyaya sahib olub-olmadığı və ya perspektivli bir inkişaf olub-olmadığı bildirilmir.

Qeyd edək ki, “Chengdu Aircraft Corporation” tərəfindən hazırlanmış J-36, quyruqsuz delta qanadlı aerodinamik dizayna malik altıncı nəsil səsdən sürətli çoxfunksiyalı və ya hücum təyyarəsidir.