Çin ordusu Amerika Birləşmiş Ştatlarının (ABŞ) “USS Higgins” esminesini mübahisəli Huanqyan adasından uzaqlaşdırıb.
Gundelik.az-ın Çin Mərkəzi Televiziyasına (CCT) istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Çin hakimiyyətinin icazəsi olmadan qeyri-qanuni olaraq Çin ərazi sularına daxil olub.
Çin hərbi rəhbərliyinin “qanuna uyğun olaraq (Amerika esminesini) izləmək, xəbərdar etmək və yerindən çıxarmaq üçün ordunu yerləşdirdiyi” vurğulanır.
Huanqyan adası Çin, Vyetnam, Bruney, Malayziya və Filippin tərəfindən iddia edilən mübahisəli ərazi olan Skarboro rifinin bir hissəsidir. Adaların şelfində əvvəllər əhəmiyyətli karbohidrogen ehtiyatları aşkar edilib.
Gundelik.az

