Görünən budur ki, Çin ABŞ qarşısında geri çəkilən deyil. Bu, mənim proqnozlarıma uyğun ssenarinin daha gerçək olacağına təsdiqdir.
Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Pərviz Heydərov öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, vəziyyət kifayət qədər mürəkkəbdir: “Donald Trampın tarif siyasəti hesab edirəm, ABŞ-ni çox acı bir gerçəkliklə üz-üzə qoydu ki, bir daha əslində, Çin iqtisadiyyatının ABŞ-dən deyil, ABŞ iqtisadiyyatının Çindən asılı olduğu əyani sübuta yetdi və hələ bir az da çox yetəcəkdir. Bəzi iqtisadçı-ekspertlər isə fikir irəli sürürdürlər ki, tezliklə tərəflər arasında danışıqlar masasında müzakirələrin başlayacağı gözlənilir. Halbuki, elə deyildi!”
İqtisadçı bildirib ki, Çin ABŞ-nin başlatdığı tarif müharibəsində daha təmkinli və ağıllı mövqe nümayiş etdirdi və etdirir: “Bunu təkcə bir fakt nümayiş etdirir ki, Pekin ABŞ-yə qarşı tarifləri 125%-ə qaldırdan sonra bəyan etdi ki, bu sondur. O mənada ki, qeyd olunan rəqəmdən də artıq rüsum artımı faktiki, mənasız xarakter daşıyır. O baxımdan ki, ABŞ mallarına ümumiyyətlə yaxın durmağa dəyməyəcək. Tramp administrasiyası isə tarifləri 200%-dən də yuxarı qaldıracağı haqda danışır. Bu da əlbəttə gülüncdür. Amerika nə istəyir?! Pekin boyun əyən deyil – bu dəqiqdir…”
Gundelik.az
