Bu ilin iyun ayında Çin son üç ildə ilk dəfə ABŞ-dən neft almağı dayandırıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Çin Baş Gömrük İdarəsinin (GAC) məlumatlarına istinadən xəbər yayıb.
May ayında Amerikanın Çinə xammal tədarükü aylıq ifadədə 4,2 dəfə azalaraq 72,8 milyon dollar olaraq qiymətləndirilir.
Yanvarda ABŞ 461,5 milyon dollara, dekabrda isə 513 milyon dollara neft tədarük edib. 2025-ci ilin əvvəlindən xammal idxalı 1,33 milyard dollar təşkil edib, illik tədarük fiziki ifadədə 1,9 dəfə, pul ifadəsində isə 2,1 dəfə azalıb.
Eyni zamanda, Çin Səudiyyə Ərəbistanından (iyun ayında artım aylıq 36 faiz olub), 3,87 milyard dollara, eləcə də Malayziyadan ( 3,4 milyard, üstəgəl 52 faiz), BƏƏ (1,38 milyard, üstəgəl 18 faiz) və Küveytdən (732 milyon dollar, üstəgəl 15 faiz) neft alışını artırıb. Rusiya iyunda 3,95 milyard dollar (tədarüklər 1 faiz artıb) ilə Çinə ən böyük neft ixracatçısı olaraq qalıb.
Gömrük məlumatlarına görə, hazırda ABŞ-dən xammal tədarükü ümumi idxalın cüzi bir hissəsini – fiziki ifadədə Çinin neft idxalının təxminən 0,1 faizini, pul ifadəsində isə 0,9 faizini təşkil edir.
“Euler” şirkətinin baş analitiki Andrey Polisçuk bildirib ki, ölkənin ABŞ-dən xammal idxalından imtina etməsi ənənəvi təchizatçılardan – Rusiya və Səudiyyə Ərəbistanından daha əlverişli tədarük şərtləri ilə bağlı ola bilər. Çin sabitləşməyə yaxın artan yerli istehsal və istehlakı, yaxşı diversifikasiya edilmiş neft idxal strukturuna malikdir. Energetika və Maliyyə İnstitutunun tədqiqat direktoru Aleksey Beloqoryev əlavə edib ki, dünyada ABŞ-siz də kifayət qədər neft mənbələri var.
ABŞ-nin Rusiyanın ticarət tərəfdaşlarına tariflər tətbiq etmək təhdidlərinə cavab olaraq, Çin Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin enerji təhlükəsizliyində prioritet şəxsi maraqları olaraq qalır və tarif müharibəsində qalib ola bilməz. Çin prezidenti Si Cinpin də çıxışlarında oxşar fikirləri səsləndirib.
Gundelik.az
