Tarixi binaların üzərindəki reklam lövhələri söküldü
Gəncədə yerləşən tarixi memarlıq abidələrinin fasadlarında qanunsuz yerləşdirilmiş reklam lövhələri demontaj edilib. Bu barədə Gundelik.az-a Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib. Məlumata əsasən, bu mərhələdə reklam yayımı dayandırılan obyektlərin sayı 30-a yaxın, demontaj olunan reklamların sayı isə 40-dan çox olub. Tarixi abidələrin fasadlarına xələl gətirən reklamların aradan qaldırılması ilə yanaşı obyekt sahibləri ilə maarifləndirici
