Almaniyanın tanınmış geyim və aksesuar istehsalçısı “Hugo Boss” 2025-ci ilin ikinci rübündə xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 27% artırıb.
Gundelik.az şirkətə istinadən xəbər verir ki, onun xalis mənfəəti 47 milyon avro təşkil edib.
Bu göstərici analitiklərin 43 milyon avro səviyyəsindəki gözləntilərini üstələyib.
Cari ilin qprel-iyun aylarında “Hugo Boss”un ümumi gəliri 1 milyard avro olub. Bu da ötən ilin eyni dövründəki 1,02 milyard avro ilə təxminən eyni səviyyədədir. Bununla belə, gəlir şirkət tərəfindən hazırlanmış 998 milyon avroluq proqnozdan yüksək olub.
Şirkət rəhbərliyi 2025-ci il üzrə proqnozlarını dəyişməyib. Gözlənilir ki, illik gəlir 4,2-4,4 milyard avro, əməliyyat mənfəəti (EBIT) isə 5-22% artaraq 380-440 milyon avro aralığında olacaq.
Xəbərin açıqlanmasından sonra “Hugo Boss”un səhmləri 6% bahalaşıb.
Gundelik.az
