Naxçıvanda işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkarlandı
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkarlayıb. “Report”un yerli bürosu bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Xidmət pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət
