Mark Zukerberq “Facebook”u məhkəməyə verib
ABŞ-də fəaliyyət göstərən vəkil Mark S. Zukerberq “Meta” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Gundelik.az xəbər verir ki, o, sosial şəbəkə hesabının məşhur “Facebook” qurucusu ilə eyni ada malik olduğu üçün dəfələrlə bağlandığını iddia edib. İndiana ştatından olan hüquqşünas bildirib ki, son səkkiz ildə hesabı beş dəfə bağlanıb və bu, onun iş yerlərinin itirilməsinə səbəb olub.
