İyul 22, 2026
Baku

Xəbərlər

Ölkə Xəbərlər

Narkokuryerlik edənlər saxlanıldı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakinləri Fuad Səlimov və Anar Süleymanov rayon ərazisində saxlanılıblar. DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Gundelik.az-a verilən məlumata görə, onlardan 8 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Saxlanılan şəxslər sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiklərini bildiriblər. Faktla bağlı

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal bazarlarda qarışıqlıq davam edir

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin inflyasiya ilə mübarizə və monetar yumşalma prosesinə dair ehtiyatlı açıqlamalarından sonra qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik hökm sürməkdədir. Gundelik.az-ın məlumatına görə, Pauell Rod-Aylend ştatının Providens şəhərində çıxışı zamanı gömrük tariflərinin inflyasiyaya təsirlərinin əsasən qısamüddətli olacağını, lakin daha yüksək və davamlı inflyasiya risklərinin diqqətlə izlənəcəyini və idarə olunacağını bildirib.

Read More
Ölkə Xəbərlər

Agentlikdən xəbərdarlıq: Sərt tədbirlər görüləcək

Son dövrlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) verdiyi dənizçi sənədlərinin saxtalaşdırılması hallarının artması müşahidə olunur. Gundelik.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilib. Qurum bəyan edib ki, belə hallar qanun pozuntusu olmaqla yanaşı, ölkəmizin müvafiq sahə üzrə beynəlxalq öhdəliklərinin icrasına da zərər vurur, dəniz üzgüçülüyünün təhlükəsizliyi, insan

Read More
İqtisadiyyat Xəbərlər

Polşadan Azərbaycana pul axını artıb

Bu ilin birinci yarımilində Azərbaycandan Polşaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,242 milyon ABŞ dolları təşkil edib. Gundelik.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 537 min ABŞ dolları və ya 19,3% azdır. Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Polşanın payı 0,9% təşkil edib. Bununla da

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanda asfalt və beton istehsalının həcmi azaldı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 51,6 min ton asfalt istehsal edilib. Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə asfalt istehsalı 5,9 min ton və ya 10,3% azalıb. Eyni zamanda cari ilin yanvar-avqust aylarında Azərbaycanda 2,9 milyon ton beton istehsal edilib. Bu isə 2024-cü ilin

Read More
Ölkə Xəbərlər

Qüdrət İsmayılov vəfat etdi

Azərbaycan şahmatına ağır itki üz verib. Gundelik.az xəbər verir ki, uzun illər Quba şahmat məktəbinə rəhbərlik edən, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov vəfat edib. Gundelik.az

Read More
Siyasət Xəbərlər

İlham Əliyev III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Trend xəbər verir ki, müraciəti Baş nazir Əli Əsədov oxuyub.

Read More
Ölkə Xəbərlər

Azərbaycanla daha bir ölkə arasında viza rejimi qismən ləğv olunur

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb. Gundelik.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib. “Həmkarım, Qvineya-Bisaunun xarici işlər naziri Karlos Pinto Pereyra ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşməkdən məmnunam. Biz ikitərəfli əməkdaşlığı, siyasi dialoqu genişləndirmək və çoxtərəfli

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi BÖYÜDÜ

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 799,6 milyon ABŞ dolları təşkil edib. Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 36,7 milyon ABŞ dolları və ya 4,8% çoxdur. Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin

Read More
İqtisadiyyat Xəbərlər

“Bank Avrasiya”nın Müşahidə Şurasının üzvləri dəyişir

“Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə Gundelik.az ASC-dən məlumat əldə edib. Məlumata görə, 22 oktyabr 2025-ci il tarixində, saat 11:00-da keçiriləcək səhmdarların növbədənkənar ümumi yığıncağında “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasının üzvlərinin siyahısında dəyişiklik ediləcək. Yığıncağın keçirilmə ünvanı: Bakı şəhəri, Nizami küçəsi, ev 112 B “Bank Avrasiya” ASC 2009-cu ildə

Read More