“Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bu barədə Gundelik.az ASC-dən məlumat əldə edib.
Məlumata görə, 22 oktyabr 2025-ci il tarixində, saat 11:00-da keçiriləcək səhmdarların növbədənkənar ümumi yığıncağında “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasının üzvlərinin siyahısında dəyişiklik ediləcək.
Yığıncağın keçirilmə ünvanı: Bakı şəhəri, Nizami küçəsi, ev 112 B
“Bank Avrasiya” ASC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 71 800 000 manat olan ASC-nin qanuni təmsilçisi Kərimov Rüfət Fuad oğludur.
Gundelik.az
