İyul 23, 2026
Baku

Xəbərlər

Dünya Xəbərlər

ABŞ-ın tələbi ilə Rusiya vətəndaşı saxlanıldı

ABŞ-ın tələbi ilə Rusiya vətəndaşı Sinqapurda kibercinayət işi üzrə saxlanılıb. Gundelik.az xəbər verir ki, bu barədə Moskvanın Sinqapurdakı səfirliyi məlumat yayıb. Rusiya səfirliyinin açıqlamasına görə, ABŞ həmin şəxsi kibercinayətdə suçlayır və ekstradisiyasını tələb edir. Gundelik.az

Read More
Dünya Xəbərlər

Mabel Matizin həbsi istənilir

Məşhur müğənni Mabel Matizin 6 aydan 3 ilə qədər həbs cəzası istənilib. Gundelik.az xəbər verir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi müğənninin “Perperişan” adlı mahnının ailə dəyərlərinə zərər vurduğunu, gənclərə mənfi təsir göstərə biləcəyini iddia edərək məhkəməyə müraciət edib. Məhkəmə Matizin “Perperişan” mahnısının sözlərində ədəbsiz təsvirlər olduğu və yaş məhdudiyyəti olmadığı üçün istintaq başladılıb. Bu səbəbdən Mabel

Read More
İqtisadiyyat Xəbərlər

Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşları artıb

Cari ilin sentyabrın 1-nə Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 97,833 milyon manat olub. Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib. Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 2 milyon manat və ya 2,1%, 2024-cü ilin sentyabrın 1-nə olan göstərici ilə müqayisədə isə 12,7 milyon manat və ya 15% çoxdur. Eyni

Read More
Ölkə Xəbərlər

Zəngilan Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə 1,2 milyon manatlıq LAYİHƏ

Zəngilan Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə növbəti mərhələ üzrə işlərə başlanılır. Gundelik.az-ın məlumatına görə, 91 çarpayılıq xəstəxananın tikintisinin hazırlığı (müvəqqəti bina və qurğular) ilə bağlı işlər icra ediləcək. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti bununla bağlı müvafiq işlərə başlayıb. Qurum sözügedən işlərin icrasının 1,212 milyon manata başa gələcəyini proqnozlaşdırıb. Qeyd edək

Read More
İqtisadiyyat Xəbərlər

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları ARTDI

Bu ilin sentyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 516,592 milyon manat təşkil edib. Gundelik.az bu barədə Mərkəzi Bankdan məlumat əldə edib. Məlumata görə, bu göstərici əvvəlki ayla müqayisədə 7,1 milyon manat və ya 1,4%, ötən ilin eyni dövrünə nisbətən isə 51,034 milyon manat və ya 11% çoxdur. Hesabat dövründə sözügedən region üzrə

Read More
Ölkə Xəbərlər

Sərsəng su anbarı 20 milyon manata təmir olunacaq

Sərsəng su anbarında təmir və bərpa işləri aparılacaq. Gundelik.az-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə başlayıb. Qurum hazırda su anbarında təmir və bərpa işlərini icra edəcək şirk\ti müəyənləşdirməkdədir. Eyni zamanda qurum sözügedən işlərin icrasının 19,722 milyon manata başa gələcəyini proqnozlaşdırıb. Sərsəng su anbarı Azərbaycanın

Read More
İqtisadiyyat Xəbərlər

Manatın dövretmə sürəti azaldı

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,38 bənd təşkil edib. Gundelik.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin avqustun 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,06 bənd və ya 1,7% azalıb. Belə ki, bu ilin avqustun 1-nə manatın dövretmə sürəti 3,39 bənd, ötən ilin

Read More
İqtisadiyyat Xəbərlər

Manatın nominal və real effektiv məzənnəsi artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 102,7 faiz bəndi təşkil edib. Gundelik.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib. Məlumata əsasən, bu, aylıq müqayisədə 0,9 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 faiz bəndi azdır. Eyni zamanda, cari ilin sentyabrın 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi

Read More
Ölkə Xəbərlər

Ərsin Tatar Azərbaycana gəlir

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC ) Prezidenti Ərsin Tatar Azərbaycana səfər edəcək. Gundelik.az xəbər verir ki, bu barədə Report-a bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib. O bildirib ki, ŞKTC prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq. Ə.Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək. Xatırladaq

Read More
Ölkə Xəbərlər

Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşdirildi

Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib. Gundelik.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb. İclasda müzakirə edilən ilk məsələ MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı olub. Sədr Rəşad Məcid deyib ki, MŞ “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına namizədləri müəyyənləşdirib və Medianın İnkişafı Agentliyinə (MEDİA)

Read More