Cari ilin sentyabrın 1-nə Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 97,833 milyon manat olub.
Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 2 milyon manat və ya 2,1%, 2024-cü ilin sentyabrın 1-nə olan göstərici ilə müqayisədə isə 12,7 milyon manat və ya 15% çoxdur.
Eyni zamanda, 2025-ci ilin sentyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 818 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 40 min manat, yaxud 5,1% çoxdur.
Qeyd edək ki, bu ilin sentyabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,460 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4,5 milyon manat, yaxud 0,03%, 2024-cü ilin sentyabrın 1-nə olan göstərici ilə müqayisədə isə 1,3 milyard manat və ya 9% çoxdur.
Gundelik.az
