Hərəkətin gücü: İdman bədənin hər nöqtəsinə necə fayda verir?
İdmanı yalnız bədəni hərəkət etdirən mexaniki fəaliyyət kimi görmək böyük bir yanılmadır. Elmi araşdırmalar göstərir ki, əzələlərimiz əslində bütün bədən sistemlərinə təsir edən nəhəng bir endokrin (hormonal) orqan kimi fəaliyyət göstərir. Əzələlər yığıldıqda, bədənin normal işləməsi üçün həyati əhəmiyyət daşıyan və miyokinlər adlanan yüzlərlə molekul ifraz olunur. Mütəxəssislər bildirirlər ki, “idman dərmandır” anlayışından da irəli
