“Bitcoin” kritik həddə çatdı: 110 min dollar ətrafında istiqamət axtarır
Dünyanın ən böyük kriptovalyutası olan “Bitcoin” son günlərdə 110 min dollar ətrafında dar diapazonda ticarət olunur. Alıcılar və satıcılar arasında mübarizə davam etdikcə, investorlar yaxın zamanda kəskin qiymət dəyişikliklərinin qaçılmaz olduğuna inanırlar. Gundelik.az xəbər verir ki, son günlərdə 109 min – 114 min dollar aralığında dalğalanan “Bitcoin”, texniki baxımdan mühüm dəstək və müqavimət səviyyələrini qorumağa
