İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Ölümcül xəstəliklərin sirri açıldı: ABŞ alimləri mühüm kəşfə imza atıblar

ABŞ-nin Viskonsin-Madison Universitetinin alimləri uzun illər səbəbi məlum olmayan bəzi ölümcül xəstəliklərin arxasında duran bioloji mexanizmi müəyyən ediblər.

Gundelik.az xəbər verir ki, Science” jurnalında dərc olunan araşdırmaya əsasən, RPA adlı zülal xromosomların uclarında yerləşən telomerlərin qorunmasındagenetik sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Tədqiqatın nəticələrinə görə, RPA zülalındakı qüsurlar telomerlərin qısalmasına səbəb olur. Bu isə aplastik anemiya, miyelodisplastik sindromkəskin miyeloid leysemiya kimi ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər.

Telomerlər DNT-nin uclarında qoruyucu qapaq funksiyasını yerinə yetirir və yaşlandıqca təbii olaraq qısalır. Bu balansın pozulması erkən yaşlanma və hüceyrə zədələnməsi ilə nəticələnə bilər. Alimlər telomerləri bərpa edən telomeraz fermentini dəstəkləyən zülalları tədqiq edərək, bu prosesdə RPA-nın həlledici rol oynadığını müəyyən ediblər.

Süni intellekt əsaslı AlphaFold proqramından istifadə edilərək aparılan modelləşdirmə RPA-nın telomerazanı aktivləşdirdiyini və bunun sağlam DNT-nin qorunmasına şərait yaratdığını göstərib. Laboratoriya sınaqları da bu nəticələri təsdiqləyib.

Tədqiqatın rəhbəri, professor Ci Ji Lim bildirib: “Bəzi xəstələrdə telomerlərin niyə anormal dərəcədə qısa olduğunu başa düşə bilmirdik. İndi məlum olub ki, bu, RPA zülalının telomerazanı stimullaşdıra bilməməsi ilə bağlıdır”.

Professorun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən həkimlər artıq xəstələrindəki genetik mutasiyaların RPA-nın funksiyasına təsir edib-etmədiyini araşdırmaq üçün onlarla əlaqə saxlayıblar.

Alimlər hesab edirlər ki, bu kəşf ölümcül xəstəliklərin erkən diaqnozufərdiləşdirilmiş müalicə üsullarının inkişafında mühüm dönüş nöqtəsi ola bilər.

Gundelik.az