İyul 27, 2026
Baku

Xəbərlər

Siyasət Xəbərlər

Prezident İlham Əliyev Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib. Gundelik.az xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

Read More
Siyasət Xəbərlər

Azərbaycan Prezidenti Mahmud Abbasa təbrik ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Mahmud Abbasa təbrik ünvanlayıb. Gundelik.az xəbər verir ki, təbrikdə deyilir: “Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds

Read More
Siyasət Xəbərlər

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Noyabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gundelik.az xəbər verir ki, Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib. Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket

Read More
Siyasət Xəbərlər

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Ukraynanın paytaxtı Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb. Bildirilib ki, görüş zamanı, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron

Read More
Siyasət Xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəydi

Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib. Gundelik.az AZƏRTAC-a istinadən xəbər verir ki, raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib. Səfirliyin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycan qızılı bu ölkələrdən alır – QİYMƏTLƏR

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 22 ölkədən 3,750 milyard ABŞ dolları dəyərində 38,477 min kiloqram qızıl idxal edilib. Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən qızılın dəyəri 1,9 milyard ABŞ dolları və ya 2 dəfə, həcmi isə 14,6 min kiloqram və

Read More
Siyasət Xəbərlər

DTX rəisi: Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına hər vəchlə maneçilik törətməyə çalışır

Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır. Gundelik.az xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib. General-polkovnik Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların

Read More
Ölkə Xəbərlər

Növbəti köç karvanı Zəngilan rayonunun Ağalı kəndinə çatıb

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Zəngilan rayonunun Ağalı kəndində ikinci mərəhələ üzrə sakinlərin məskunlaşdırılması prosesi davam edir. Bu gün yola çıxan ailələr artıq doğma yurdlarına qovuşublar. Gundelik.az xəbər verir ki, Ağalı kəndinə bu gün daha 41 ailə olmaqla, 110 nəfər qayıdıb. Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlardan 55-i

Read More
Ölkə Xəbərlər

Dekabrda 9 gün iş olmayacaq

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlərə görə 1 gün qeyri-iş günü olacaq. Gundelik.az xəbər verir ki, 31 dekabr həftəiçi gününə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi nəzərdə tutulmayıb. Beləliklə, şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, dekabr ayında ümumilikdə 9 gün iş olmayacaq.

Read More
Ölkə Xəbərlər

Növbəti köç karvanları Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb

Növbəti köç karvanları Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. Gundelik.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə – 55 nəfər, Xanyurdu kəndinə isə 12 ailə – 34 nəfər köçürülüb.

Read More