İyul 28, 2026
Baku

Xəbərlər

İqtisadiyyat Xəbərlər

8 min manatlıq müavinət kimlərə veriləcək?

Azərbaycanda yeni müavinətin verilməsinə başlanılacaq. Gundelik.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial şəbəkə səhifəsində bildirib. O qeyd edib ki, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni, birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur: “Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab

Read More
Mədəniyyət və cəmiyyət Ölkə Xəbərlər

Anar Əliyev: “Postmüharibə dövründə orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə artıb”

Postmüharibə dövründə Azərbaycanda 132 min unikal şəxsə 406 min sosial xidmət göstərilib, sosial cəhətdən həssas qrupların müavinət və təqaüdləri isə orta hesabla iki dəfədən çox artırılıb. Gundelik.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Qarabağ KOB-ları Proqramı”nın 2025-ci il icrasına dair tədbirdə deyib. Nazir vurğulayıb ki, son illərdə sosial siyasətin əsas istiqamətlərindən biri şəhid

Read More
Elm və təhsil Xəbərlər

Emin Əmrullayev dərsliklərdə olan dil problemlərindən danışdı

Elm və təhsil naziri Emin Əmrullayev dərsliklərdə olan dil problemlərindən danışıb. Gundelik.az xəbər verir ki, E.Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib ki, hazırda dərsliklər daha çox fərdi müəlliflərin şəxsi yanaşmalarına əsaslanaraq hazırlanır. Onun sözlərinə görə, bu isə tədris prosesində standartlaşmanın olmamasına

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

6 dekabr tarixində Astoriya Hotel-də Edu Club-un təqdimat tədbiri uğurla keçirildi.

Tədbirdə 80-dən çox müəllim, təhsil eksperti və müxtəlif təhsil sektorlarının nümayəndələri iştirak edərək platformamızın məqsədləri, fəaliyyət istiqamətləri və gələcək planları ilə tanış oldular. Edu Club komandasının adından tədbirə qatılan bütün dəyərli müəllimlərə və təhsil ictimaiyyətinə səmimi təşəkkürümüzü bildiririk. Sizin fəal iştirakınız və marağınız bizim üçün böyük motivasiya oldu. Birlikdə təhsilin inkişafına daha güclü töhfə verəcəyik!

Read More
Siyasət Xəbərlər

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Gundelik.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir: “Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

Read More
Siyasət Xəbərlər

Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişafı ilə bağlı konfrans keçirilir

“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfrans keçirilir. Gundelik.az-ın məlumatına görə, Konfransda Milli Məclisin sədri, komitə sədrləri və deputatları, AMEA-nın prezidenti, elm və təhsil naziri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Audiovizual Şuranın sədri və digər rəsmi şəxslər iştirak edirlər. Tədbirdə aşağıdakı məsələlərin müzakirəsi gözlənilir: Prezident İlham Əliyevin Milli

Read More
Dünya Hadisə Xəbərlər

İstanbulda narkotacirlər polisi güllələyib

İstanbulda narkotiklə bağlı əməliyyat zamanı polisə atəş açılıb. Gundelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı ağır yaralanıb, hücum edənlərdən biri isə öldürülüb. Hücum edənlərdən ikisi sağ ələ keçirilib.

Read More
İqtisadiyyat Xəbərlər

“Şəfəq” Günəş Elektrik Stansiyası panellərinin 20%-i Azərbaycana gətirilib

“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi üzrə işlər uğurla davam etdirilir. Gundelik.az xəbər verir ki, bunu bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə deyib. “bp artıq Azərbaycanda müvafiq neft-qaz sahəsində operatorluğunun 30-cu ilindədir. Bu dövr ərzində əməliyyatlarımız kifayət qədər aktiv şəkildə

Read More
Ölkə Xəbərlər

Maqnit qasırğası gözlənilir

“Maqnit qasırğası gözlənilir”. Bu barədə Gundelik.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından xəbər verilib. Qeyd edilib ki, Günəşdə bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmaları baş verib. “Hazırda Yerə istiqamətlənmiş tac kütlə atılması yoxdur. Əvvəlki alışmaların tarixcəsinə və Günəş səthində dəyişən aktiv oblastların potensialına əsasən, 8 – 10 dekabr

Read More
Ölkə Xəbərlər

Masallının bəzi ərazilərində işıq olmayacaq

Bu gün Masallı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Gundelik.az “Azərişıq” ASC-yə istinadən xəbər verir. Məlumata görə, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq “Xıl” hava xəttində dekabrın 8-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərinin bir hissəsində

Read More