Uqanda hakimiyyəti ölkədə may ayında qeydə alınan Ebola epidemiyasının başa çatdığını açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə Uqandanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qərar son yoluxmuş xəstənin xəstəxanadan buraxılmasından sonra başlayan 42 günlük müşahidə müddətinin tamamlanmasının ardından qəbul edilib.
Rəsmi məlumata əsasən, ölkədə ümumilikdə 20 yoluxma halı təsdiqlənib. Onlardan 15-i qonşu Konqo Demokratik Respublikasından gətirilən yoluxma halları olub, daha 5 nəfər isə ölkə daxilində virusa yoluxub.
Epidemiya zamanı hər ikisi Konqo Demokratik Respublikası vətəndaşı olan 2 nəfər həyatını itirib, 18 nəfər isə sağalıb.
