İyul 27, 2026
Baku

Xəbərlər

Ölkə Xəbərlər

Ötən ay 7 aptekdə nöqsanlar aşkarlanıb

2025-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 25 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb. Analitik Ekspertiza Mərkəzindən Gundelik.az-a verilən məlumata görə, yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub. “Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla

Read More
Ölkə Xəbərlər

Ötən il 69 min hektardan çox ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə 2025-ci il ərzində 1861 tank əleyhinə mina, 4 min 963 piyada əleyhinə mina, 52 min 392 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Gundelik.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı məlumatında deyilir. Məlumata əsasən, 69 205,7 hektar ərazi minalardan təmizlənib.

Read More
Elm və təhsil Xəbərlər

Dövlət sifarişi ilə təhsilalanların sayı artırılacaq

Növbəti tədris ili üçün dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 5 min 210 nəfər artırılaraq 151 min 100 nəfərə, təqaüd alan tələbələrın sayının isə 7 min 520 nəfər artırılaraq 121 min 280 nəfərə çatdırılması nəzərdə tutulub. Gundelik.az  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Bunun üçün ayrılacaq 589 milyon

Read More
İqtisadiyyat Ölkə Xəbərlər

İqlim dəyişikliyi ilə əlaqəli tədbirlərə bu il 1,3 mlrd. manat proqnozlaşdırılır

2026-cı il üzrə iqlim dəyişikliyi ilə əlaqəli “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarının tədbirləri üzrə 1,3 milyard manat proqnozlaşdırılıb. Bu barədə Gundelik.az Maliyyə Nazirliyinə istinadən xəbər verir. Qeyd edilib ki, UNEP-in dəstəyi ilə 2024–2025-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iqlim üzrə monitorinq, hesabatlılıq və yoxlama (MRV) sistemlərinin hazırlanmasına və tətbiqinə başlanılıb. Bu sistemlər ölkənin

Read More
İqtisadiyyat Xəbərlər

Bu il azad edilmiş ərazilərə köç üçün 42 mln. manat xərclənəcək

Bu il işğaldan azad edilmiş ərazilərdə reinteqrasiya və köç üçün 42 mln. manat ayrılacaq. Gundelik.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əhalinin yeni yaşayış şəraitinə adaptasiyası və ailələrin inşa edilmiş evlərə köçürülməsi üçün tədbirlərin icrasına 41,9 milyon manat vəsait proqnozlaşdırılır.

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanın nə qədər dövlət borcu var?

2025-ci il dekabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 272,7 milyon manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM) 19,5 %-ni təşkil edib. Gundelik.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Borcun 17 milyard 77,5 milyon manatı daxili, 4 milyard 820,7 milyon ABŞ dolları və yaxud 8 milyard 195,2 milyon manatı isə xarici borc olub.

Read More
Ölkə Xəbərlər

Azərbaycan bir ildə hökumətlərin süni intellektdən istifadəyə hazırlıq indeksində 41 pillə irəliləyib

“Oxford Insights” şirkətinin tərtib etdiyi 2025-ci ildə hökumətlərin süni intellektin (AI) tətbiqinə hazırlıq indeksinə əsasən, Azərbaycan 111-ci pillədən 70-ci pilləyə yüksəlib. Gundelik.az “Oxford Insights”a istinadən xəbər verir ki, ölkənin ümumi balı 48,96 təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 39,92-yə bərabər olub. İndeks çərçivəsində Azərbaycan ayrı-ayrı kateqoriyalar üzrə aşağıdakı balları toplayıb: “Dövlət siyasəti potensialı” – 53,5, “AI infrastrukturu” – 46,21, “İdarəetmə”

Read More
Ölkə Xəbərlər

Azərbaycan bəzi ölkələrdən heyvan və quş əti idxalına qadağanı aradan qaldırdı

Azərbaycan bir sıra ölkələrdən heyvan və quş ətinin gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Bu barədə Gundelik.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi

Read More
Ölkə Xəbərlər

Elektron siqaretlər bahalaşdı

Tütün qızdırıcıları üçün nəzərdə tutulan siqaretlər bahalaşıb. Gundelik.az Operativ Media-ya istinadən xəbər verir ki, bu növ siqaretlərin qiymətində 40 qəpik artım müşahidə olunur. Qeyd edək ki, Azərbaycanda aprelin 1-dən etibarən elektron siqaretlərin istifadəsinin qadağan olunması nəzərdə tutulur.

Read More
Siyasət Xəbərlər

Venesuelanın müvəqqəti prezidenti Trampa müraciət edib

Venesuela Prezidentinin vəzifələrini müvəqqəti icra edən Delsi Rodriges rəsmi Vaşinqtonu əməkdaşlığa çağırıb. Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, Rodriges bununla bağlı ABŞ Prezidenti Donald Trampa ünvanlanmış müraciətini dərc edib. Onun sözlərinə görə, Venesuela sülhə və sülh şəraitində birgə yaşayışa sadiqliyini təsdiqləyir və ABŞ və region ölkələri ilə sərbəst və hörmətli beynəlxalq münasibətlərin qurulmasını, suveren

Read More