İrandakı türkləri fars millətçiliyinin ixtiyarına buraxmaq çox təhlükəlidir – Aqşin Yenisey
Bernard Luisin “Müsəlmanlar harada səhvə yol verdilər” kitabında belə bir cümlə var: “Azadlıq və bərabərlik ideyalarını ingilislər fikirləşdilər, fransızlar həyata keçirdilər”. Son illərdə və son olaylarda qısa məsafəli düşünə bilən adamlar İrandakı türkləri bizə doğru çəkməkdənsə, fars millətçiliyinin ixtiyarına buraxmaq kimi fikirlər səsləndirirlər. Gələcəyimiz üçün bundan böyük təhlükə ola bilməz düşüncəsindəyəm! Ola bilsin ki, səfəvi
