Sabah yağış yağacaq, sulu qara keçəcək – PROQNOZ
Azərbaycanda yanvarın 13-də yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı gözlənilir. 13-dən 14-nə keçən gecəyə doğru ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu
