Azərbaycan QHT nümayəndələri ABŞ-nin Vitse-prezidentinə açıq məktub ünvanlayıblar
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensə açıq məktub ünvanlayıblar. Gundelik.az məktubun tam mətnini təqdim edir: “Hörmətli cənab Vitse-prezident, Əsrlər boyu sivilizasiyalar arasında körpü rolunu oynayan bir xalqın nümayəndələri olaraq Sizə məktub yazırıq. Bura azan səsinin və kilsə zənglərinin əsl birgəyaşayış ruhunda ahəngdar şəkildə bir-birinə qarışdığı diyardır. Azərbaycan istənilən sabit cəmiyyətin
