Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin səmərəli təşkili məqsədilə ardıcıl təlim proqramları həyata keçirilir. Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin bu istiqamətdə təşkil etdiyi növbəti təlimlər Ağdərə rayonunun Həsənriz kəndində baş tutub. Təlimin ilk günündə sakinlər üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən istifadə qaydaları,
