İyul 21, 2026
Baku

Xəbərlər

Hadisə Xəbərlər

Sabiq deputat vəfat etdi

Milli Məclisin keçmiş deputatı Mahir Aslanov vəfat edib. Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sabiq millət vəkili Türkiyənin İzmir şəhərində yerləşən “Medicana” xəstəxanasında ürək əməliyyatı zamanı dünyasını dəyişib. Qeyd edək ki, M.Aslanov 1949-cu il noyabrın 22-si Naftalan şəhərində anadan olub. O, 2010-2020-ci illərdə Milli Məclisin iki çağırış deputatı olub.

Read More
Ölkə Xəbərlər

Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?

Azərbaycan Prezidenti “Əmək Məcəlləsində” dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik ilə minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir. Minimum əmək haqqındakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid

Read More
Hadisə Xəbərlər

Ermənistanda zəlzələ olub

Bu gün Ermənistanda 2,2 bal gücündə zəlzələ qeydə alıb. Gundelik.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb. Qeyd edilib ki, zəlzələ 10 km dərinlikdə baş verib.  Məlumata görə, zəlzələ nəticəsində heç bir dağıntı olmayıb.

Read More
Ölkə Xəbərlər

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

Azərbaycan Milli Elmlər Akademiyasında fevralın 25-də Ramiz Mehdiyevin məsələsinə baxılacaq. Gundelik.az “Report”a istinadən xəbər  verir ki, sabah AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyndən xaric edilməsidir. İclasda müzakirə ediləcək ikinci məsələ AMEA-nın illik hesabatının dinlənilməsidir. Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev

Read More
İqtisadiyyat Xəbərlər

IDB Azərbaycanda kənd təsərrüfatının inkişafına 437 milyon dollar ayırıb

İslam İnkişaf Bankının (IDB) İcraçı Direktorlar Şurası Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının artırılması məqsədilə 436,7 milyon ABŞ dolları vəsaitin ayrılmasını təsdiqləyib. Gundelik.az IDB-yə istinadən xəbər verir ki, vəsaitlər suvarma suyu itkilərinin əhəmiyyətli dərəcədə azaldılmasına və Azərbaycanın 2030-cu ilə qədər milli prioritetlərinə uyğun olaraq kənd yerlərinin dayanıqlı inkişafının təşviqinə yönəldiləcək. Layihə həmçinin “yaşıl artım”a, iqlim dayanıqlılığının gücləndirilməsinə

Read More
İqtisadiyyat Xəbərlər

Qızılın qiyməti 5,2 min dolları ötdü

Nyu-York Əmtəə Birjasının bölməsi olan “Comex”də aprel fyuçersləri üzrə qızılın qiyməti 2026-cı il yanvarın 30-dan bəri ilk dəfə 5,2 min ABŞ dollarını keçib. Gundelik.az xəbər verir ki, qiymətli metalın dəyəri 1,33% artaraq bir troya unsiyası üçün 5 251,06 dollar təşkil edib.

Read More
Ölkə Siyasət Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze ilə görüşüb.    Görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatının 2014-cü ildə Bakıda təsis edildiyi, komitələrin Azərbaycanda son iclasının isə 2022-ci ildə Şuşada keçirildiyi

Read More
Ölkə Xəbərlər

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Gundelik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5.

Read More
Ölkə Xəbərlər

Azərbaycanın daha bir şəhərində güzəştli mənzillərin inşasına başlanılır

Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır. Bu barədə Gundelik.az Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat əldə edib. Məlumata görə, ilkin mərhələdə 5,76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi işləri aparılacaq. Belə ki, MİDA layihələndirilmə işlərinin icrasını “Era Design Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, 5,76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi 597

Read More
Ölkə Xəbərlər

Bakı aeroportunda yeni terminal inşa ediləcək

Heydər Əliyev Beynəlxalq Aeroportunda uzunmüddətli perspektivdə əsas strateji həll yeni terminalın inşasıdır. Gundelik.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Bakı Aeroportundan bildirilib. Qeyd edilib ki, yaxın illər üçün əsas məqsəd hava limanının mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır: “Bu çərçivədə terminal daxilində proseslərin optimallaşdırılması, avtomatlaşdırma səviyyəsinin artırılması, sərhəd və

Read More