Köç karvanı Horovlu kəndinə çatıb
“İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan keçmiş məcburi köçkünlər doğma yurdlarına qovuşublar. Gundelik.az AZƏRTAC-a istinadən xəbər verir ki, Horovlu kəndi bu gün 30 ailə olmaqla, 115 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.
