“ABB” daşınmaz əmlaklarını hərraca çıxarır
2 aprel tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan bir sıra daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq. Gundelik.az xəbər verir ki, hərraca çıxarılan əmlaklardan biri Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 2,0 hektar torpaq sahəsidir. Əmlakın start qiyməti 60 000 manat müəyyən edilib. Hərracda iştirak üçün tələb olunan 10 faiz beh məbləği 6 000 manat təşkil edir.
