İran Naxçıvan aeroportunu vurub
İran dronu Naxçıvan aeroportunu vurub. Gundelik.az-ın məlumatına görə, İran dronu Naxçıvan aeroportuna düşüb. Yerli əhalinin bildirdiyinə görə, dronlardan biri Səkərabad məktəbinin yaxınlığına düşüb.
Rusiya bildirir ki, Aralıq dənizində – Liviya ilə Malta arasında – partlayış və yanğından sonra bir Rusiya mayeləşdirilmiş təbii qaz (LNG) tankeri batıb. Bu barədə Liviya liman rəsmiləri məlumat veriblər. Rusiya iddia edir ki, “Arctic Metagaz” adlı tanker Liviyanın sahillərindən buraxılmış “pilotsuz dəniz dronları” ilə Ukrayna tərəfindən hədəf alınıb. Ukraynanın dövlət təhlükəsizlik xidməti SBU bu
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bu gün səhər ABŞ-nin neft tankerinə raket zərbəsi endirib. Gundelik.az xəbər verir ki, bu barədə İİKK-nın mətbuat xidməti məlumat verib. “Neft tankeri səhər tezdən Fars körfəzinin şimalında İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri tərəfindən vurulub və hazırda yanır”, – məlumatda deyilir.
ABŞ və İsrailin hücumları, İranın cavab zərbələrindən sonra bütün dünyanın diqqəti Yaxın Şərqə yönəldiyi bir vaxtda, Afrikada da gərginlik artır. Eritreya qüvvələrinin Tiqray bölgəsinə daxil olduqdan sonra törətdiyi insan hüquqları pozuntuları və talanlarla bağlı danışan Efiopiyanın baş naziri Abiy Ahmed deyib: “Biz onları yaxşı tanıyırıq. Efiopiya xalqına yenidən zərər vermək imkanı verməyəcəyik. Əgər hər hansı
Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib. Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürəktutmadan həyatını itirib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb. Məlumat üçün bildirək ki, mərhum
Azərbaycandan Ermənistana neft məhsullarının və Rusiya gübrəsinin tədarükü davam edir. Gundelik.az Trend-ə istinadən xəbər verir ki, 1984 ton dizel yanacağı daşıyan 31 vaqon və 135 ton Rusiya gübrəsi yüklənmiş 2 vaqon “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Bildirilir ki, Rusiya gübrəsi Azərbaycandan
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) yeni yaradılan Data analitika idarəsinə bir müddət əvvəl rəis təyin olunub. Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb. Əmrə əsasən, Roman Bandurin Data analitika idarəsinə rəis təyin olunub. O, bu təyinatdan əvvəl Vergi risklərinin idarəedilməsi baş idarəsinin rəis müavini vəzifəsində
Yaxın Şərq uzun illərdir geosiyasi rəqabətin və strateji maraqların toqquşduğu əsas regionlardan biri hesab olunur. Xüsusilə İranın regional siyasəti, nüvə proqramı və müxtəlif ölkələrdə təsir imkanlarının artması ABŞ və İsrail tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Bu isə regionda gərginliyin artmasına, qarşılıqlı ittihamların və hərbi-siyasi təzyiqlərin güclənməsinə səbəb olur. Mövzunun mahiyyətini və bu qarşıdurmanın arxasında
ABŞ-ın müdafiə naziri Pete Hegseth bildirib ki, ABŞ sualtı qayığı Hind okeanında İranın bir hərbi gəmisini torpedo ilə batırıb. Onun sözlərinə görə, hücum çərşənbə axşamı baş verib və gəmi “sakit bir şəkildə batıb”. Nazir gəminin adını çəkməyib. Lakin açıqlama, Sri Lanka rəsmilərinin **IRIS Dena adlı İran gəmisinin batması ilə bağlı yardım çağırışı aldıqlarını deməsindən sonra
İstanbula səfər edənlərin əksəriyyəti şəhərlə tanışlığa onun dünya şöhrətli simvollarından başlayır. Şəhərin siluetini formalaşdıran bu tarixi abidələr hər bir səyyahın görmək istədiyi məkanların siyahısında xüsusi yer tutur. Lakin minilliklər boyu müxtəlif sivilizasiyaların izini daşıyan bu nəhəng metropol yalnız məşhur tarixi məkanlarla məhdudlaşmır. Zəngin və çoxqatlı tarixə malik İstanbul müxtəlif məhəllələri ilə sanki ayrıca bir dünyadır.