İyul 18, 2026
Baku

Xəbərlər

Ölkə Xəbərlər

Vəkillər Kollegiyasından bir vəkil xaric olunub, üçü cərimələnib

Yol verilmiş intizam pozuntularına görə Vəkillər Kollegiyasından bir vəkil xaric edilib, üç vəkil barəsində cərimə tədbiri tətbiq olunub. Gundelik.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub. Qeyd olunub ki, daha 1 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb.

Read More
Dünya Xəbərlər

Peyk görüntüləri göstərir ki, İrandakı məktəb və yaxınlıqdakı hərbi baza bir neçə dəfə vurulub

Peyk görüntülərinin analizi göstərir ki, Tehran şəhərinin cənubunda yerləşən bir məktəbin ətrafında və yaxınlığında bir neçə zərbə və yanıq izləri var. Bu isə məktəbin hücum zamanı bir neçə dəfə vurulduğunu göstərir. İran hakimiyyətinin bildirdiyinə görə, şənbə günü baş verən bu hücum nəticəsində 168 nəfər həlak olub. Təsdiqlənmiş videolar və peyk görüntüləri Minab şəhərində yerləşən Şəcərəyi-Tayyibə

Read More
Siyasət Xəbərlər

Belçikanın Bakıdakı səfirliyi İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyib

Belçikanın Bakıdakı səfirliyi İranın dünən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələri pisləyib. Gundelik.az xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib. “Səfirlik Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan (İran tərəfindən – red.) sonra Azərbaycanla tam həmrəyliyini ifadə edir. Mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,61 ABŞ dolları və ya 6,82 faiz artaraq bir barel üçün 87,90 ABŞ dolları təşkil edib. Bu barədə Gundelik.az-a neft bazarındakı mənbə məlumat verib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 5,34 dollar və

Read More
Elm və təhsil Xəbərlər

Elm və təhsil komitəsinin iclasında

    Martın 5-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitə sədri Anar İsgəndərov iclası açaraq gündəliyə Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) daxil edildiyini söyləyib. Komitə sədri bildirib ki, təqdim olunan qanun layihəsində Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və digər

Read More
Ölkə Xəbərlər

Hemofiliya xəstəliyinin müalicəsinə bu il nə qədər vəsait ayrılıb?

2026-cı il üzrə hemofiliya xəstəliyi üzrə tədbirlər proqramı çərçivəsində dərman vasitələrinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb. Bu barədə Gundelik.az TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzindən məlumat əldə edib. Məlumata görə, Mərkəz alqı-satqı ilə bağlı ənənəvi olaraq “Avromed Company” ilə müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 16 milyon 935 min 454 manatdır. Xatırladaq ki, ötən il hemofiliya xəstəliyi

Read More
İqtisadiyyat Müsahibə Xəbərlər

Qaz ikiqat bahalaşır, neft isə hələ səbir edir” – İsrail–İran gərginliyinin enerji bazarına təsiri

Yaxın Şərqdə baş verən geosiyasi proseslər dünya enerji bazarına birbaşa təsir göstərən əsas amillərdən biridir. Xüsusilə İsrail–İran qarşıdurması ehtimalı qlobal neft və qaz bazarlarında qeyri-müəyyənliyi artırır, qiymət dinamikasına və enerji siyasətinə yeni təsirlər yaradır. Mövcud vəziyyətin nə qədər davam edəcəyi, regiondakı hərbi və siyasi proseslərin miqyası dünya iqtisadiyyatında mühüm rol oynayan enerji resurslarının qiymətlərinə ciddi

Read More
Siyasət Xəbərlər

Əraqçi Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib

5 mart 2026-cı il tarixində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. XİN-dən Gundelik.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan

Read More
Siyasət Xəbərlər

Ceyhun Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və

Read More
Dünya Xəbərlər

Avropadan müharibəyə məsafə: NATO müharibədə işdirak edirmi

Yaxın Şərqdə gərginliyin artması ilə NATO-nun birbaşa olaraq münaqişəyə cəlb edilib-edilməyəcəyi məsələsi beynəlxalq aləmdə müzakirə olunur. Mütəxəsislərin fikrincə, NATO hazırda müharibənin mərkəzində deyil, lakin o, tamamilə ondan kənarda da deyil. NATO-nun institusional olaraq müharibəyə cəlb edilməsi ilə bəzi NATO ölkələrinin fərdi olaraq münaqişənin bir hissəsinə çevrilməsi arasında ciddi fərq var. Dr. Elçin Başol, NATO-nun indiki

Read More