İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Avropadan müharibəyə məsafə: NATO müharibədə işdirak edirmi

Yaxın Şərqdə gərginliyin artması ilə NATO-nun birbaşa olaraq münaqişəyə cəlb edilib-edilməyəcəyi məsələsi beynəlxalq aləmdə müzakirə olunur. Mütəxəsislərin fikrincə, NATO hazırda müharibənin mərkəzində deyil, lakin o, tamamilə ondan kənarda da deyil. NATO-nun institusional olaraq müharibəyə cəlb edilməsi ilə bəzi NATO ölkələrinin fərdi olaraq münaqişənin bir hissəsinə çevrilməsi arasında ciddi fərq var.

Dr. Elçin Başol, NATO-nun indiki vəziyyətdə dolayısı ilə prosesə qarışdığını bildirərək, aşağıdaki qiymətləndirməni etdi:

“Beləliklə, indiki böhrana baxdıqda NATO artıq dolayısı ilə tənliyə qarışıb. ABŞ NATO ölkəsidir. İsrail NATO üzvü olmasa da, NATO ilə çox sıx hərbi əməkdaşlıq edir. Buna görə də, müharibə alovlandıqca NATO-nun tənlikdən tamamilə kənarda qalması çox çətindir. Bununla belə, burada bir fərq qoymaq vacibdir. NATO-nun institusional işsirakı hazırda müharibənin bir hissəsidir. Yəni NATO-nun bir qurum olaraq müharibəyə daxil olması ilə NATO ölkələrinin bu çatışmanın bir parçası olması iki fərqli ssenaridir. Yəni indi gördüyümüz vəziyyət ikinci ssenariyə uyğun gəlir.”

Başola görə, bəzi NATO ölkələri prosesə hərbi müdaxilə edə bilər ancaq NATO-nun kollektiv əməliyyat keçirməsi mümkün deyil:

“Yəni başda Türkiyyə olaraq bəzi NATO ölkələri hərbi olaraq prosesə daxil ola bilər. Lakin NATO-nun bütün üzüvlərinin kollektiv hərbi əməliyyatı indiki mərhələdə mümkün göründür.”

 

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az