Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyəyə doğru istiqamətləndiyi təsbit edilən raketlə bağlı açıqlama verərək, “Mənşəyindən asılı olmayaraq düşmən hərəkətlərinə cavab vermək hüququmuzu özümüzdə saxladığımızı vurğulayır, NATO və digər müttəfiqlərimizlə yaxın koordinasiyada hadisələri izləyirik” deyib. Milli Müdafiə Nazirliyi nazirlikdə həfdəlik mətbuat konfransı keçirib. İclasda nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kont-admiral Zeki Aktürk İraq və Suriya hava məkanını keçərək Türkiyə isdiqamətində İrandan atılan ballistik raketlə bağlı son hadisələri, terrorla mübarizə, sərhəd təhlükəsizliyi, ABŞ, İran və İsrailin üçüncü ölkələrin İran və İsrailə hücumları nəticəsində artan münaqişə ilə bağlı son vəziyyəti bölüşüb.
Kont-admiral Aktürk bildirib ki, İrandan atılan, İraq və Suriya hava məkanını keçərək Türkiyəyə doğru isdiqamətləndiyi təsbit edilən ballistik raket, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən vaxdında zərərsizləşdirilib.
Aktürk, döyüş sursatlarının məhv edilməsindən sonra Hatayın Dörtyol mahalına düşən parçanın ələ keçirmə əməliyyatı çərçivəsində isdifadə edilən hava hücumundan müdafiə sursatlarına aid olduğunun müəyyən edildiyini ifadə edərək, “Hadisədə ölən və ya yaralanan olmayıb. Türkiyyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əzimkarlığını və qabiliyyətini qoruyub saxlayır və hava məkanına ən yüksək səviyyədə xidmət gösdərməyə davam edir. Lakin biz birdaha vurğulayırıq ki, biz NATO və digər müttəfiqlərimizlə yaxın koordinasiyada olan hadisələri izləyirik. Aktürk Türkiyə Silahlı Qüvvələrinin Türkiyənin sülh, təhlükəsizlik və sabitliyi üçün həyata keçirdiyi fəaliyyətlərlə də toxunaraq, “Son bir həfdə ərzində daha 3 PKK terrorçusu təslim olub, əməliyyat bölgələrində mağara, sığınacaq, həmçinin mina və əldəqayırma partlayıcı qurğuların, tunel əməliyyatlarında isdifadə edilən partlayıcı qurğuların aşkar edilərək məhv edilməsi isdiqamətində əməliyyat tədbirləri həyata keçirilib.”
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: İhlas Haber Ajansı
Gundelik.az
