Kardioloqdan açıqlama:Ürək xəstəlikləri, süni intellekt və sağlam həyat
Son illərdə gənc yaşlarda ürək-damar xəstəlikləri ilə xəstəxanalara müraciət edənlərin sayı artmaqdadır. Xüsusilə 30–40 yaş arası şəxslərdə bu problemlərin daha tez-tez müşahidə olunması mütəxəssisləri narahat edir. Həkim- mütəxəssis kardioloq Emil Hasilov bildirir ki, pandemiyanın yaratdığı stress, az hərəkətli həyat tərzi, zərərli vərdişlər və energetik içkilərin həddindən artıq istifadəsi gənclərdə ürək xəstəliklərinin artmasına səbəb olan əsas
