İyul 14, 2026
Baku

Xəbərlər

Dünya Xəbərlər

Livan İsraili hava zərbəsində öldürülən jurnalisti qəsdən hədəf almaqda ittiham edir

Livanın baş naziri Nəvaf Salam bildirir ki, İsrailin hava hücumu zamanı jurnalist Amal Xəlil qəsdən hədəf alınaraq öldürülüb, Zeynəb Fərəc isə yaralanıb. Onun sözlərinə görə, jurnalistlər sığındıqları evdə ikinci dəfə vurulublar və təcili yardımın onlara çatmasına mane olunub. İsrail Müdafiə Qüvvələri isə ittihamları rədd edir və bildirir ki, hədəf jurnalistlər yox, “Hizbullah”la əlaqəli hərbi obyektlər

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycan bu göstərici üzrə dünyada birinci yerdədir

Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı deyib. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkəmiz boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə birincidir. Bəs, boru kəməri

Read More
Hadisə Xəbərlər

Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb

Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb. Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Teleqüllə yaxınlığındakı ərazisində, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən isə rayonun Firuzabad qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Müraciətlər əsasında

Read More
İqtisadiyyat Xəbərlər

Neft qiymətləri artıb

Dünya bazarlarında neft qiymətləri yüksəlib. Gundelik.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 1.33 dollar və ya 1,31% artaraq bir barel üçün 103,24 dollara çatıb. “WTI” neftinin qiyməti 1,35 dollar və ya 1,45% artaraq 94,31 dollar olub.

Read More
Hadisə Xəbərlər

Toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olundu

Ağsuda toy karvanında sürücülər avtoxuliqanlıq edib. Daxili İşlər Nazirliyindən (DİN) Gundelik.az-a verilən məlumata əsasən, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb. Onlar idarə etdikləri “Mercedes” və “Tofas” markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və

Read More
Tarixdə bu gün Xəbərlər

23 Aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü, (1995)

1995-ci ilin bu günündə Parisdə YUNESKO-nun Baş konfransı keçirilib. Konfransda nümayəndələr həmin gün kitab və müəlliflərə ehtiram göstərilməsini qərara alaraq, hər kəsi, əsasən də gənc nəsli mütaliədən həzz almağa, eləcə də bəşəriyyətin ictimai və mədəni inkişafında böyük rolu olmuş insanların zəhmətinə hörmət bəsləməyə çağırıblar. Elə həmin konfransda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, həmçinin uşaq

Read More
Ölkə Xəbərlər

Bu yollarda tıxac var – SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Gundelik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun

Read More
Siyasət Xəbərlər

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB – 2

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər. Gundelik.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı – Hörmətli cənab Prezident. Əziz qonaqlar. Xanımlar və cənablar. Cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz. Çox şadam ki, dəvətimi qəbul etmisiniz

Read More
Ölkə Xəbərlər

“Kontakt Home”da qanun pozuntuları aşkarlandı

“Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyətində qanun pozuntuları aşkarlanıb. Gundelik.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, Agentlik mağazalar şəbəkəsinin sahibi olan “ABC-Telecom” MMC-də rəqabət qanunvericiliyinin pozulması hallarına dair araşdırma aparıb və reklam fəaliyyəti ilə bağlı bir sıra pozuntular aşkar edib. Belə ki, reklamı qadağan olunmuş

Read More
Ölkə Xəbərlər

Yağıntılar intensivləşəcək, külək güclənəcək – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində aprelin 23-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Mingəçevir, Göyçay, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın,Cəbrayıl,

Read More