İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Livan İsraili hava zərbəsində öldürülən jurnalisti qəsdən hədəf almaqda ittiham edir

Livanın baş naziri Nəvaf Salam bildirir ki, İsrailin hava hücumu zamanı jurnalist Amal Xəlil qəsdən hədəf alınaraq öldürülüb, Zeynəb Fərəc isə yaralanıb. Onun sözlərinə görə, jurnalistlər sığındıqları evdə ikinci dəfə vurulublar və təcili yardımın onlara çatmasına mane olunub.

İsrail Müdafiə Qüvvələri isə ittihamları rədd edir və bildirir ki, hədəf jurnalistlər yox, “Hizbullah”la əlaqəli hərbi obyektlər olub.

Beynəlxalq təşkilatlar hadisəni ciddi qanun pozuntusu kimi qiymətləndirir.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az