İyul 14, 2026
Baku

Xəbərlər

İqtisadiyyat Xəbərlər

Azərbaycanda bu investisiya şirkəti ləğv edilir

“Fiesta İnvestment” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir. Gundelik.az xəbər verir ki, bu barədə MMC özü elan edib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini 1033 Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi, ev 851-852 ci məhəllə, mənzil 4 ünvanına bildirə bilərlər. Şirkət 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi

Read More
İqtisadiyyat Xəbərlər

“Caspian Finance” BOKT kapitalından 5 milyon manat geri götürdü

“Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” MMC nizamnamə kapitalını azaldır. Gundelik.az xəbər verir ki, bu barədə BOKT özü elan edib. Bildirilib ki, “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İştirakçıların Ümumi Yığıncağının 20 aprel 2026-cı il tarixli 04/2026-2 saylı qərarına əsasən, cəmiyyətin nizamnamə kapitalında dəyişiklik edilib. Qərara uyğun olaraq, İştirakçıların Ümumi Yığıncağının 29 may 2025-ci

Read More
Ölkə Xəbərlər

Şahin Mustafayevin rəhbərliyi ilə Kür çayındakı vəziyyət müzakirə olunub

Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib. Bu barədə Gundelik.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, iclasda gündəlikdə olan digər məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər

Read More
Siyasət Xəbərlər

Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik. XİN-dən Gundelik.az-a verilən xəbərə görə, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. “Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması

Read More
Dünya Xəbərlər

Hörmüz düyünü və enerji şoku: Qlobal iqtisadiyyatda “böyük eniş” siqnalları

Hörmüz Boğazı ətrafında artan hərbi gərginlik qlobal enerji bazarını sarsıdıb və dünya iqtisadiyyatı üçün ciddi risk yaradıb. Neft qiymətlərinin 100 dolları keçməsi və tədarük zəncirindəki pozulmalar fonunda 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozu 4,6%-dən 3,1%-ə endirilib. Gərginliyin davam edəcəyi halda bu göstəricinin daha da azalacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edir ki, müharibə uzanarsa

Read More
Dünya Xəbərlər

Tramp İsrail və Livan arasında atəşkəsin üç həftə uzadıldığını açıqladı

Atəşkəs aprelin 26-da başa çatmalı idi. Donald Tramp sosial media platforması Truth Social-da paylaşım edərək bildirib ki, hər iki ölkənin rəsmiləri Ağ Evdəki Oval Ofisdə keçirilən görüşdən sonra atəşkəsin uzadılmasına qərar veriblər. Tramp ABŞ-ın vitse-prezidenti JD Vens və dövlət katibi Marko Rubionun da qatıldığı görüşün “çox yaxşı keçdiyini” bildirib. Tramp bildirib ki, “ABŞ Livanı Hizbullahdan

Read More
Siyasət Xəbərlər

Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə tərkibində dəyişiklik edilib. Gundelik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, komissiyanın Azərbaycan tərəfdən sədri vəzifəsində Azərbaycan Respublikasının energetika nazirini Baş nazirinin müavini Samir Şərifov əvəz edib. Bundan başqa, energetika nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin

Read More
Ölkə Xəbərlər

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında aprelin 25-də səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Read More
Siyasət Xəbərlər

Dövlət mülkiyyətinə aid 15 hektar ərazi Ələt azad iqtisadi zonasına verilib

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Gundelik.az xəbər verir ki, sərəncama əsasən, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1 453,09 hektar

Read More
Dünya Xəbərlər

Hindistan Trampın “cəhənnəm dəliyi” ifadəsini qınadı

Donald Tramp tərəfindən paylaşılan və Hindistanı “cəhənnəm dəliyi” kimi təsvir edən açıqlamalar Hindistan tərəfindən sərt tənqid edilib. Dehli rəsmiləri bu fikirləri “yolverilməz” və “uyğunsuz” adlandırıblar. Tramp özünə məxsus Truth Social platformasında podkastçı Michael Savage-in ABŞ-da doğum hüququ (birthright citizenship) ilə bağlı dediklərinin stenogramını paylaşıb. Savage həmin çıxışında Hindistan və Çindən olan insanların bu hüquqdan sui-istifadə

Read More