Hörmüz Boğazı ətrafında artan hərbi gərginlik qlobal enerji bazarını sarsıdıb və dünya iqtisadiyyatı üçün ciddi risk yaradıb.
Neft qiymətlərinin 100 dolları keçməsi və tədarük zəncirindəki pozulmalar fonunda 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozu 4,6%-dən 3,1%-ə endirilib. Gərginliyin davam edəcəyi halda bu göstəricinin daha da azalacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edir ki, müharibə uzanarsa qlobal artım 2,1%-ə qədər düşə, inflyasiya isə 2027-ci ildə 6%-i keçə bilər.
Böhran xüsusilə Körfəz ölkələrini ciddi təsirləndirir: Qətər və İraqda ÜDM-də kəskin azalma proqnozlaşdırılır. Avropa və ABŞ da yüksək enerji qiymətləri və artan maliyyə təzyiqləri ilə üzləşib.
ABŞ prezidenti Donald Trump bölgədə atəşkəsi uzatmaq və İran üzərində təzyiqi artırmaq strategiyasını davam etdirir.
Mütəxəssislər bildirirlər ki, Hörmüz Boğazında vəziyyət sabitləşməzsə, dünya iqtisadiyyatı üçün ciddi böhran riski qalacaq.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
