Çin Pekində dron satışını qadağan edir – təhlükəsizlik tədbirləri sərtləşdirilir
Çin hakimiyyəti təhlükəsizlik səbəblərini əsas gətirərək Pekində dronların satışını qadağan edir və onların istifadəsinə ciddi icazə sistemi tətbiq edir. Yeni qaydalar cümə günündən qüvvəyə minəcək. Qaydalara əsasən, dronlar və onların əsas hissələri artıq paytaxtda satıla, icarəyə verilə və ya şəhərə gətirilə bilməyəcək. Mövcud dron sahibləri isə cihazlarını polis orqanlarında qeydiyyatdan keçirməlidirlər. Son illərdə Çin dron
