İyul 13, 2026
Baku

Xəbərlər

Ölkə Xəbərlər

Sabah 26 dərəcəyədək isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13°

Read More
Hadisə Xəbərlər

İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 55 kiloqram 574 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Gundelik.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274

Read More
Siyasət Xəbərlər

Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlərdə əlaqələri dayandırır

Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlərdə əməkdaşlığı dayandırır. Gundelik.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərarında qeyd edilb. Qərarda bildirilib ki, 1. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın. 2. Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin

Read More
Siyasət Xəbərlər

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə əməkdaşlığı müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Eggeri qəbul edib. Gundelik.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın uzunmüddətli və etimada əsaslanan xarakter daşıdığı vurğulanıb, tərəflər arasında mütəmadi təmasların davam etdirilməsinin əhəmiyyəti

Read More
Ölkə Xəbərlər

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 6 nəfər isə 44 günlük Vətən Müharibəsində itkin düşmüş sayılır. Bu barədə Gundelik.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Birinci müharibədə itkin düşənlərdən 3218 nəfər hərbçi, 781 nəfər mülki şəxs olub. Mülki şəxslərdən 71 nəfəri uşaq, 287-i qadın,

Read More
İqtisadiyyat Xəbərlər

“Baku Pay”ə icrası məcburi göstəriş verildi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verib. Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir. Belə ki, “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, məcmu kapitalın minimum miqdarının qanunvericiliklə müəyyən edilmiş

Read More
Ölkə Xəbərlər

Azərbaycanda bu gündən balıq ovu qadağan edilib

Bu gündən Azərbaycanda bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilib. Gundelik.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su

Read More
Dünya Siyasət Xəbərlər

Xameneinin müavini: Ali Rəhbər sağlamdır və danışıqlara rəhbərlik edir

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei tam sağlamdır və danışıqlara rəhbərlik edir. Gundelik.az-ın məlumatına görə, bu barədə İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Hüseyni Qumi bildirib. “Düşmənin Müctəba Xameneinin sağlamlıq vəziyyəti ilə bağlı iddiaları təxribatdır və məqsəd yanlış reaksiyalar doğurmaqdır”, – Qumi qeyd edib. Onun sözlərinə görə, Ayətullah Müctəba Xamenei atası Seyid Əli Xameneinin iqamətgahının bombalanması zamanı həyətdə olub və yüngül xəsarət

Read More
Ölkə Xəbərlər

Bakıda bu binalar təmir olunacaq

Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işləri aparılacaq. Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir. Məlumata əsasən, Bakı Şəhər İcra Hakimiyyətininin (BŞİH) tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqları yekunlaşdırıb. Belə ki, təmir işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasını “Az.Arxitektura” şirkəti həyata

Read More
İqtisadiyyat Xəbərlər

EBRD Şəkidə su və kanalizasiya layihəsinə 91 mln. avro krediti təsdiqləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şəki şəhərində və ətraf kəndlərdə su təchizatı, kanalizasiya və bioloji təmizləyici qurğunun inşası üçün Azərbaycana 91 milyon avro kredit ayırıb. Gundelik.az EBRD-yə istinadən xəbər verir ki, Bankın Direktorlar Şurası krediti aprelin 29-da təsdiqləyib. Kredit iki tranşla ayrılacaq: 57 milyon avro və 34 milyon avro. Layihənin ümumi dəyəri isə 95

Read More