İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlərdə əlaqələri dayandırır

Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlərdə əməkdaşlığı dayandırır.

Gundelik.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərarında qeyd edilb.

Qərarda bildirilib ki,

1. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.

2. Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun.

3. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.