Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun başçılıq etdiyi nümayəndə heyəti mayın 19-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə
