NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: ELMİN VƏ TƏDRİSİN YENİ KEYFİYYƏT MƏRHƏLƏSİ
Ardıcıl və davamlı islahatlar müstəvisində uğurlu tədris proseslərinin səmərəli perspektivlərini müəyyən etmiş olan Naxçıvan Dövlət Universiteti, çoxistiqamətli profilinə görə daha böyük təcrübə əldə etməkdədir. Yeni layihələrin müəllifi olaraq, müəllim və tələbələrdən ibarət olan kollektiv üzvlərinin mənafeyini, maraqlarını, həmçinin elm və tədris sahələri üzrə müəyyən etdikləri hədəfləri daha da əlçatan edən ali məktəbimiz milli və beynəlxalq
