Məhkəmədən İmamoğlu ilə bağlı qərar
Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı başladılan korrupsiya işi çərçivəsində həbs edilən bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla, bəzi şübhəlilərin sərbəst buraxılması tələbi məhkəmə tərəfindən qəbul olunmayıb. Gundelik.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb. Qeyd olunu ki, bəzi şübhəlilərin, o cümlədən Əkrəm İmamoğlunun vəkilləri ötən həftə məhkəməyə onların həbsinə etiraz ərizəsi təqdim etmişdilər.
