Oktyabr 19, 2026
Baku

Xəbərlər

Siyasət Xəbərlər

Prezident İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Gundelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. “Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir,

Read More
Ölkə Xəbərlər

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Gundelik.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın

Read More
Dünya Maraqlı Xəbərlər

96 yaşlı qadın 18 yaşlı gənclə ailə qurdu: Yaş fərqinə görə rekord qeydə alındı

Meksikada gəlinlə bəy arasında 78 yaş fərqi olan nikah qeydə alınıb. Gundelik.az xəbər verir ki, bu barədə Meksikanın Milli Statistika və Coğrafiya İnstitutu məlumat yayıb. Quintana-Roo ştatında yaşayan 96 yaşlı qadın 18 yaşlı gənclə ailə quraraq yeni rekorda imza atıb. 2025-ci ildə Meksikada bağlanan nikahlar arasında ən böyük yaş fərqi məhz bu cütlükdə qeydə alınıb.

Read More
Dünya Maraqlı Xəbərlər

61 yaşlı qadın gənc görünməyin sirrini açıqladı: Ona 30 yaş verirlər

ABŞ-də yaşayan 61 yaşlı Cina Kinsli ətrafındakı insanların ona tez-tez cəmi 30 yaş verdiyini bildirib. Gundelik.az xəbər verir ki, o, gənc görünüşünün sirlərini “Creatorzine” nəşrinə müsahibəsində açıqlayıb. Kinslinin sözlərinə görə, gənc görünmək üçün heç bir gizli üsuldan istifadə etmir. O, xarici görünüşünü uzun illər ərzində güc məşqləri etməsi, alkoqoldan imtina etməsi və sağlam qidalanması ilə

Read More
Siyasət Xəbərlər

Bu gün Bakıdan İrəvana təyyarə uçacaq – Kimləri aparacaq?

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarə uçacaq.  Gundelik.az xəbər verir ki, bu barədə “Azadlıq” radiostansiyası “Flightradar24” saytına istinadən məlumat yayıb. Məlumata görə, Tacikistanın “Somon Air” avişirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsi oktyabrın 14-ü Düşənbədən Bakıya uçub.  “Tacikistan Prezidenti, eləcə də bir sıra digər ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci

Read More
Siyasət Xəbərlər

Laos AQEM-ə qoşuldu

Laos üzv dövlət qismində AQEM-ə qoşulub. Gundelik.az xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib.

Read More
Siyasət Xəbərlər

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. Gundelik.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovub

Read More
Siyasət Xəbərlər

Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadılıb

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) sədrliyi daha iki il uzadılıb. Gundelik.az xəbər verir ki, Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib: “Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə üzv dövlətlərə təşəkkür edirəm”.

Read More
Siyasət Xəbərlər

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır

Prezident İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sisteminin (RRİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Gundelik.az xəbər verir ki, fərmanla “İnformasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. RRİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarətin, habelə mərkəzi və yerli icra

Read More
Siyasət Xəbərlər

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir –

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. Gundelik.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət başçısı tədbirdə çıxış edir.

Read More