ABŞ-də yaşayan 61 yaşlı Cina Kinsli ətrafındakı insanların ona tez-tez cəmi 30 yaş verdiyini bildirib.
Gundelik.az xəbər verir ki, o, gənc görünüşünün sirlərini “Creatorzine” nəşrinə müsahibəsində açıqlayıb.
Kinslinin sözlərinə görə, gənc görünmək üçün heç bir gizli üsuldan istifadə etmir. O, xarici görünüşünü uzun illər ərzində güc məşqləri etməsi, alkoqoldan imtina etməsi və sağlam qidalanması ilə əlaqələndirir.
“Mürəkkəb və ya dəbdəbəli heç nə yoxdur. Sadəcə, uzun illər ərzində davamlı şəkildə bu vərdişlərə əməl etmək lazımdır”, – deyə qadın bildirib.
Kinsli etiraf edib ki, əvvəllər 60 yaşdan sonrakı həyatı darıxdırıcı və ləng bir dövr kimi təsəvvür edirdi. Lakin 60 yaşı tamam olduqdan sonra yaşa münasibətini dəyişib.
“Mən yoxa çıxmağa, arxa plana keçməyə və ya həyatımın bu mərhələsinin əvvəlkindən daha az əhəmiyyətli olmalı olduğunu düşünməyə qərar vermədim. Əksinə, bu dövrü bir bayrama çevirmək istədim”, – deyə o bildirib.
Daha əvvəl Böyük Britaniyada yaşayan Astrid Zeqen-Holt da 60 yaşında olmasına baxmayaraq, necə daha gənc göründüyündən danışmışdı. O, dərisinə xüsusi diqqət yetirdiyini, yalnız müəyyən kosmetik vasitələrdən istifadə etdiyini və makiyajını hər zaman təmizlədiyini qeyd etmişdi.
Nuri
Gundelik.az
