İyul 13, 2026
Baku

Xəbərlər

Ölkə Xəbərlər

Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçildi

Azərbaycan ilk dəfə BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives – UNEP CPR) Bürosunun sədri seçilib. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın bu quruma sədrliyi 2025-2027-ci illəri əhatə edəcək, rəhbər vəzifəni isə ölkənin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev

Read More
Dünya Xəbərlər

Dünyanın bu bölgəsində yüksək radiasiya AŞKARLANDI

Avstraliyanın qərb sahillərində yerləşən Montebello adaları ətrafındakı dəniz çöküntülərində 1950-ci illərdə aparılan nüvə sınaqlarından qalan radionuklidlər qalmaqdadır. Gundelik.az xəbər verir ki, bu barədə “Science of The Total Environment” jurnalında dərc olunan məqalədə bildirilib. Belə ki, elm adamları dəniz dibində plutonium və stronsium kimi radioaktiv izotopların paylanmasını təfərrüatlı şəkildə araşdırıblar və aşkar ediblər ki, arxipelaqın şimal hissəsində çirklənmə

Read More
Ölkə Xəbərlər

Analiz cavabları onlayn təqdim olunacaq

Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində analiz cavablarını onlayn şəkildə əldə etmək mümkün olacaq. Gundelik.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Belə ki, sənəd nömrəsi mərkəzdə verilmiş talonda qeyd olunacaq, cavablar isə QR kod vasitəsilə əldə olunacaq. Gundelik.az

Read More
Dünya Xəbərlər

“Biz İsrail və İran arasında atəşkəsi alqışlaya bilərik” – Peskov

Əgər İsrail və İran arasında həqiqətən atəşkəs əldə olunarsa, bu, ancaq alqışlana bilər. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. Rusiyanın ABŞ-nin İrana hücumları ilə bağlı məlumatı müvafiq kanallar vasitəsilə aldığına diqqət çəkən Peskov, hücumların vurduğu zərəri qiymətləndirmək üçün zamana ehtiyac olduğunu bildirib. Peskov İranın ABŞ-yə cavab

Read More
Ölkə Siyasət Xəbərlər

Prezident Çen Qianqı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib. Gundelik.az xəbər verir ki, görüşdə “Dongfang Electric İnternational Corporation” şirkətinin “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakının roluna toxunulub, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda xatirə

Read More
Ölkə Xəbərlər

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 26 iyun saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hərəkətin məhdudlaşdırılması aparılan işlər

Read More
Ölkə Xəbərlər

Ukrayna vətəndaşları İrandan ölkəmizə təxliyə olundu

Bu gün səhər saatlarından 20 nəfərə yaxın Ukrayna vətəndaşı İrandan Azərbaycana təxliyə olunub. Gundelik.az xəbər verir ki, təxliyə qarşılıqlı razılaşmaya əsasən həyata keçirilir. “Astara” dövlət sərhədinin buraxılış məntəqəsindən keçən əcnəbi vətəndaşlar sərhədçilərin müşayiəti ilə qarşılanır. Hər bir əcnəbi çay süfrəsinə dəvət olunur və zərurət olarsa hazır vəziyyətdə gözləyən həkim briqadası tərəfindən ilkin yardım göstərilir. Səhər

Read More
Ölkə Xəbərlər

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%,

Read More
Ölkə Xəbərlər

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək. Gundelik.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan qanuna əsasən, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil

Read More
Ölkə Xəbərlər

Gömrük borcunun ödənilməsinə dair yeni qayda tətbiq olunacaq

Gömrük borcunun ödənilməsinə dair yeni qayda müəyyənləşir. Gundelik.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qaydaya əsasən, gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər. Layihəyə əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat

Read More