Əgər İsrail və İran arasında həqiqətən atəşkəs əldə olunarsa, bu, ancaq alqışlana bilər.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Rusiyanın ABŞ-nin İrana hücumları ilə bağlı məlumatı müvafiq kanallar vasitəsilə aldığına diqqət çəkən Peskov, hücumların vurduğu zərəri qiymətləndirmək üçün zamana ehtiyac olduğunu bildirib.
Peskov İranın ABŞ-yə cavab hücumunun gündəmdə olmadığını qeyd edib.
“Əgər həqiqətən atəşkəs əldə olunubsa, bunu ancaq alqışlamaq olar. Rusiyanın münaqişənin başlanğıcından bəri istədiyi budur. Ümid edirik ki, davamlı atəşkəs əldə olunacaq”, Peskov vurğulayıb.
Dmitri Peskov Rusiyanın İrana yetərincə yardım etməməsi ilə bağlı səsləndirilən şərhlərlə əlaqədar olaraq deyib: “Rusiyanın açıq mövqeyi ilə İranı həqiqətən dəstəklədiyinə dair bir çox açıqlamalar vermişik. Təbii ki, İranla əlaqələrimizi daha da inkişaf etdirmək istəyirik”.
İran lideri Ayətullah Əli Xamneyinin Abbas Arakçi vasitəsi ilə Putinə məktub göndərməsi ilə bağlı iddialara cavab verən Peskov qeyd edib: “Yazılı sənəd yox idi. İran rəhbərliyindən müəyyən mesajlar olduğunu deyə bilərik”.
Gundelik.az
