İyul 15, 2026
Baku

Xəbərlər

Dünya İqtisadiyyat Xəbərlər

Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılır

“Qazprom Armenia” Ermənistana təbii qazın verilişinin müvəqqəti olaraq dayandırılacağına dair xəbərdarlıq edib. Gundelik.az xəbər verir ki, buna səbəb kimi Şimali Qafqaz-Zaqafqaziya tranzit magistral qaz kəmərinin Gürcüstan ərazisində iyulun 26-sı saat 19:00-dək qəza-bərpa işlərinin aparılması göstərilib. Bildirilib ki, istehlakçıların fasiləsiz qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə təbii qaz tədarükü hesabına məhdudlaşdırılmadan həyata keçiriləcək. Gundelik.az

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanda indiyədək ipoteka krediti alanların sayı və məbləği açıqlanıb

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 912 borcalana 3,560 milyard manat kredit verilib. Bu barədə Gundelik.az İKZF-dən məlumat əldə edib. Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub. 7 536 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib. İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və

Read More
İqtisadiyyat Xəbərlər

İranda Astara Terminalının layihələndirmə işlərinin 90%-i tamamlanıb

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikasına səfəri zamanı Astara Terminalında bu ölkənin Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşüb. Görüşdə terminalın inkişafı ilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda aparılan tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirə olunub. Bu barədə Gundelik.az ADY-yə istinadən

Read More
Xəbərlər

Qocalma əleyhinə dərman hazırlandı

Alimlər insan hüceyrələrinin özünü məhv etməsinin qarşısını alan və bununla da yaşlanma prosesini dayandıra biləcək yeni dərman hazırladıqlarını açıqlayıblar. “Anti-nekrotik” adlandırılan bu preparatın insanlar üzərində ilkin sınaqlarına ilin sonunda başlanacağı gözlənilir. Gundelik.az xarici KİV-ə  istinadən xəbər verir ki, araşdırmanın rəhbəri, əvvəllər London Universitet Kollecində (University College London) genetik mütəxəssis kimi çalışan və hazırda biotexnologiya şirkəti

Read More
Ölkə Xəbərlər

Bu marketdə vaxtı keçən məhsullar satılırmış

Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lerik şəhəri, E. Qarayev küçəsi 98 ünvanında fəaliyyət göstərən və fiziki şəxs Dövlət Şirməmməd oğlu Bağırova məxsus marketdə yoxlama keçirib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Gundelik.az-a verilən məlumata görə, yoxlama zamanı marketdə mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib. Həmçinin yararlılıq

Read More
Dünya Xəbərlər

İlon Maskın Ağ Evi tərk etməsinə baxmayaraq “Tesla”nın maliyyə çöküşü davam edir

Elektrikli avtomobil nəhəngi “Tesla” 2025-ci ilin ikinci rübündə gəlir və mənfəətinin azaldığını açıqlayıb. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin iki rüblük ardıcıl mənfi qazancı, CEO İlon Maskın siyasi seçimləri ətrafında yaranan mübahisələrdən sonra brendin reputasiyasının zədələnməsi ilə əlaqələndirilir. “Tesla” aprel-iyun aylarını əhatə edən üç aylıq dövrdə 22,5 milyard satış edib. Bu göstərici ötən

Read More
Ölkə Xəbərlər

Sabiq deputat vəfat etdi

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib. Bu barədə Gundelik.az-a onun yaxınları məlumat veriblər. Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi. 2002-ci ildə Prezidentin fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. Mərhum bu gün Yasamal qəbirstanlığında torpağa tapşırılacaq. Gundelik.az

Read More
İqtisadiyyat Ölkə Xəbərlər

Ağdərə rayonunda turizm infrastrukturu yaradılacaq

Ağdərə rayonu Sərsəng su anbarı ətrafında turizm infrastrukturu yaradılacaq. Gundelik.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyi (DTA) bununla bağlı müvafiq işləri yekunlaşdırıb. Belə ki, agentlik qeyd olunan turizm infrastrukturunun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işlərini “Apex Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 266 379 manat ödənilib. DTA-nın müqavilə bağladığı

Read More
İqtisadiyyat Ölkə Xəbərlər

Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq?

Azərbaycan Prezidenti Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edib. Dəyişikliklər borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Gundelik.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov fikirlərini bölüşüb. O bildirib ki, məcəlləyə əsasən gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir: “Bununla belə, məcəlləyə görə gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə

Read More
Dünya Xəbərlər

Ağ Ev: Tramp Rusiyaya qarşı sanksiyalara təkbaşına qərar vermək istəyir

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, o, anti-Rusiya sanksiyaları ilə bağlı bütün qərarları təkbaşına qəbul etməlidir. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib. O, Amerika liderinin mümkün məhdudiyyətlər məsələsi ilə bağlı hələ də senatorlarla əlaqə saxladığını qeyd edib: “Eyni zamanda Tramp xatırladır ki, o, dövlət başçısıdır,

Read More