İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda indiyədək ipoteka krediti alanların sayı və məbləği açıqlanıb

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 912 borcalana 3,560 milyard manat kredit verilib.

Bu barədə Gundelik.az İKZF-dən məlumat əldə edib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.

7 536 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Gundelik.az