Elxan Usubov bu xanımı özünə müavin təyin etdi – FOTO
Şəki şəhər İcra Hakimiyyətində yeni təyinat olub. Gundelik.az xəbər verir ki, icra başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrablı Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib. Qeyd edək ki, X.Töhrablı bu təyinatadək Şəki şəhər Uşaq İncəsənət məktəbində direktor müavini vəzifəsində çalışıb. Gundelik.az
